Milli Məclisin əməkdaşı vəfat edib
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Biz də “İNFONEWS” adından həmkarımızın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Allah rəhmət eləsin!