Siyavuş Novruzov: “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər”

Siyavuş Novruzov: “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər”

“İNFONEWS”un məlumatına görə bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib:

“ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?”.

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.

Qeyd edək ki, deputat Siyavuş Novruzovun oğlu da keçən il tam orta məktəbdən məzun olub. Onun hansısa universitetə qəbul olub-olmadığı haqqında məlumatımız yoxdur. Əgər tələbədirsə və ödənişli təhsil alırsa, görəsən hansı restoranda qabyuyan işləyir?!..

Həmin görüntüləri təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir