İran terrorçu PKK-nın İraqın şimalındakı düşərgəsini atəşə tutub

İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunları sentyabrın 26-da İraqın şimalını artilleriya və PUA-lar vasitəsi ilə atəşə tutub.

“İNFONEWS.AZ” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qvardiya İraqın şimalında terror PKK qruplaşmasının təlim düşərgəsinə zərbə endirib.

İran hərbi komandanlığı əməliyyatın davam edəcəyini bildirib.

­­­

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir