Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək
Təhsil müəssisələrində 27 sentyabr – Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.
Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək. Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır.
Eləcə də, məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.