Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib
Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib.
İNFONEWS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat Qalxanı”, “Barış pınarı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı ərazilərdə təxribat və hücumlar təşkil etməyə çalışarkən zərərsizləşdiriliblər.
Qeyd edək ki, PKK yaraqlıları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları törədiblər. Nəticədə təhlükəsizlik qüvvələrinin minlərlə əməkdaşı, hərbçilər və mülki vətəndaşlar həlak olub.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır