Bakıda yol polisini maşın vurub

Bakıda yol polisini maşın vurub

Bakıda DYP əməkdaşını avtomobil vurub.

“İNFONEWS” “Unikal”-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpektində qeydə alınıb.

Polis serjantı Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub.

Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir