Elm və Təhsil Nazirliyi İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqə elan edib
Elm və Təhsil Nazirliyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsini elan edir. MÜsabiqənin məqsədi prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsidir.
Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 14 oktyabr 2022-ci il tarixinədək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.