Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin Mətbuat xidmətindən “İNFONEWS”-a verilən məlumata görə, 28 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Tərtər, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, məntəqədə kəsim qurğuları sökülüb, 1 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
1.       Məmmədov Asiman Əli oğlu Suraxanı rayonu, 14 İyul küçəsi Yenidən bərpa olunmuş qurğular sökülüb
Abşeron rayonu üzrə
2.       Yusibov Səbuhi Fikrət oğlu Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi Qanunsuz metal konstruksiyalar sökülüb
3.       Təhməzov Sahib Yusif oğlu Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi Qanunsuz metal konstruksiyalar sökülüb
4.       Rüstəmov Faiq Famil oğlu Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi Qanunsuz metal konstruksiyalar sökülüb
Tərtər rayonu üzrə
5.       Hüseynov Eldar İsa oğlu Tərtər rayonu, Kolxoz Bazarı İnzibati protokol tərtib edilib
Tovuz rayonu üzrə
6.       Yusifov Elgün Valeh oğlu Tovuz rayonu, Əyyublu kəndi İnzibati protokol tərtib edilib

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir