UNEC Sabah Mərkəzinin rəhbəri “Heydər zirvəsi-99” medalı və “Xarı Bülbül” diplomu ilə təltif edilib

UNEC Sabah Mərkəzinin rəhbəri “Heydər zirvəsi-99” medalı və “Xarı Bülbül” diplomu ilə təltif edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Mərkəzinin rəhbəri i.e.n., dos. Aida Aydın qızı Quliyeva “Qafqaz-Media” İctimai Birliyi tərəfindən “Heydər zirvəsi-99” medalı və “Xarı Bülbül” diplomu ilə təltif edilib.

Bu barədə “İNFONEWS”-a Aida Quliyeva açıqlama verib.

O, qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin adını daşıyan bir medala Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsindən bir gün sonra layiq görülməsindən qürur duyur. Mərkəz rəhbəri hər zaman olduğu kimi bundan sonra da gündən-günə inkişaf edərək çiçəklənən Azərbaycanımızın adının yüksəklərə qaldırılması və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində əlindən gələni edəcəyini vurğulayaraq belə bir dəyərli mükafata layiq görüldüyü üçün “Qafqaz-Media” İctimai Birliyinə təşəkkürünü bildirib.

Biz də “İNFONEWS” komandası olaraq, bu münasibətlə hər zaman öz mövqeyi ilə seçilən dəyərli ziyalı, əsl Azərbaycan xanımı Aida Aydın qızı Quliyevanı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir