“Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa Gənclər İli ilə bağlı kampaniyaya başlayır”.
“İNFONEWS.AZ” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko mətbuat konfransında deyib.
O bildirib ki, Aİ bu ili gənclərin koronavirus pandemiyası zamanı üzləşdiyi problemlərə görə Gənclər İli elan edib: “İstəyirik ki, Azərbaycan gəncləri Aİ-nin bu istiqamətdəki fəaliyyəti barədə məlumatlı olsunlar. Məqsədimiz hökumət, təhsil müəssisələri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı inkişaf etdirməkdir. İndi bununla bağlı canlanma olduğuna görə fəxr edirik: getdikcə daha çox müəllim və tələbə “Erasmus+” layihələrində iştirak edir. Bu il müraciətlərin sayında artım müşahidə edirik. Üstəlik, Azərbaycanda 664 məktəb “EU Twınnıng” proqramından yararlanıb.
Səfirin sözlərinə görə, Avropa Gənclər İli çərçivəsində yaxın həftələrdə Bakıda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır və bu kampaniya oktyabrın 28-də başa çatacaq.