Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.
“İNFONEWS.AZ” məlumatına görə, Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.un
Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı oktyabrın 5-də Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb: “Dinamo” bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.
Qeyd edək ki, FIFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.