Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan “İNFONEWS”-a verilən məlumata görə, Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Namiq Əlistanov 11.07.2022-ci il tarixdə Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb.
05.10.2022-ci il tarixdə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.