BDU NASA-nın Azərbaycanda rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub

BDU NASA-nın Azərbaycanda rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub

Sentyabrın 26-da Bakı Dövlət Universitetində təşkil olunmuş Yupiter və Saturn planetlərinin müşahidə gecəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla BDU NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub.

Bu barədə “İNFONEWS”-a Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsindən məlumat verilib.

Hazırda NASA-nın dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur, onlardan 5-i Azərbaycanda yerləşir. Müşahidə nöqtələri haqqında daha ətraflı məlumatı linkdə yerləşən xəritədən əldə etmək olar:

https://moon.nasa.gov/observe-the-moon-night/

Oktyabrın 1-dən etibarən NASA tərəfindən təşkil edilən bütün müşahidə tədbirlərinin BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunması nəzərdə tutulub. Bu tədbirlərə Beynəlxalq Ayın Müşahidə Gecəsi, Günəş tutulması və s. daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir