Ukrayna Prezident Ofisi: “Krım körpüsü hələ başlanğıcdır”

Ukrayna Prezident Ofisi: “Krım körpüsü hələ başlanğıcdır”

“Krım körpüsü hələ başlanğıcdır”.

İNFONEWS xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, qanunsuz olan bütün obyeklər məhv edilməlidir: “Oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir