Ağdamda avtomobil yolunun inşası zamanı mina partlayıb, xəsarət alanlar var
Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
İNFONEWS xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.
Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.
Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır