Bakıda binada partlayış olub

Bakıda binada partlayış olub

Xəbər verdiyimiz kimi Bakının Nizami rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

FHN-dən “İNFONEWS.AZ”-a bildirib ki, ilkin ehtimala görə hadisə qaz sızması səbəbindən baş verib.

Hadisə nəticəsində ölən olmayıb.

Bir nəfər yanıq xəsarətləri ilə Respublika Yaniq Mərkəzinə aparılıb.

###

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən “İNFONEWS.AZ”-a bildirlib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir