Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı erməni təxribatçılara xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı erməni təxribatçılara xəbərdarlıq edib

“Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlyümüzə qarşı hər hansı təhdidinə qətiyyətlə cavab verməyə hər an hazırdır”.

İNFONEWS-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

“Hər kəs bilsin ki, “Dəmir yumruq” yerindədir. Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirələrsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər”, – polkovnik vurğulayıb.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir