Son üç ayda aşkarlanan minaların sayı açıqlanıb
“Müdafiə Nazirliyi tərəfindən bu ilin avqust-oktyabr ayları ərzində Laçın, Kəlbəcər rayonlarında, Daşkəsən rayonunun ərazisində, Tərtər və rayonun Suqovuşan istiqamətində yeni basdırılması ehtimal edilən 9 000-ə yaxın piyada, 2 500-ə yaxın isə tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib”.
İNFONEWS-un xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Həmin minalar Ermənistan tərəfindən məqsədli şəkildə basdırılıb”.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır