Prezident İlham Əliyev Pakistana səfərə dəvət olunub

Prezident İlham Əliyev Pakistana səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Pakistana səfərə dəvət olunub.

İNFONEWS xəbər verir ki, bu fikir Pakistanın Baş naziri Şahbaz Şərifin oktyabrın 12-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirilib.

Dövlət başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.

Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.

Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir