Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Türkiyənin Bartın vilayətində mədəndə baş vermiş partlayış nəticəsində yaxınlarını itirənlərin ailələrinə başsağlığı verib.
“İNFONEWS.AZ” un məlumatına görə, bu barədə o, tviter hesabında yazıb.
“Bartın kömür mədənində faciəvi insan itkisi ilə bağlı kədərlənirəm. Yaxınlarını itirən ailələrə və bu kədər anında bir araya gələn bütün cəmiyyətə başsağlığı verirəm. Sağ qalanlara və xilasedicilərə ən xoş arzularımı yetirirəm”, – postda deyilir.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 40 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.