İndiyədək Azərbaycanda mina partlayışı nəticəsində ölənlərin sayı açıqlanıb
“10 noyabr 2020-ci il bəyanatından indiyədək Azərbaycanda mina partlayışı nəticəsində 44 mülki və hərbi qulluqçu həlak olub”.
İNFONEWS xəbər verir ki, bunu Gəncədə səfərdə olan Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
O qeyd edib ki, həmin müddətdə 250-dən çox vətəndaş mina partlayışından müxtəlif dərəcəli bədən xəsarətləri alaraq zərər çəkib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır