“Yenə yadıma düşdün” kitabı Təbrizdə çapdan çıxdı

“Yenə yadıma düşdün” kitabı Təbrizdə çapdan çıxdı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Azadə Novruzovanın “Yenə yadıma düşdün” adlı yeni kitabı Təbrizdə “Bu kitabı ürəyimin şəhəri Təbrizə sunuram” epiqrafı ilə çap olunub.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, kitabda Azərbaycan və fars dillərində müəllifin müxtəlif şeirləri yer alıb. Şeirləri fars dilinə şair-tərcüməçi Xosrov Barışan çevirib. Kitab “Yaşar Qələm” nəşriyyatında çap edilib.

Qeyd edək ki, Azadə Novruzovanın şeirləri eyni zamanda rus, ingilis, ispan, ərəb, yapon dillərinə də tərcümə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir