Azərbaycanda ötən il ümumiyyətlə qeydə alınmayan xəstəliklərin adları açıqlanıb.
“İNFONEWS” xəbər verir ki, ötən il qeydə alınmayan xəstəliklər bunlardır:
“Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri”.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalmışdır.