Tərtərdə bir nəfər minaya düşüb

Tərtərdə bir nəfər minaya düşüb

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İNFONEWS xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir