MDU-da Zəfər Gününə həsr olunan sərgi keçirilib

2022-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin 8 noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.

Tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların istedadının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək məqsədi daşıyan sərgidə şəhid ailələrinin üzvləri, qazilər, MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak edib.

Sərgidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və işğaldan azad edilmiş digər rayonlar, Qarabağın simvolu Xarıbülbül, tarixi, dini və mədəni abidələr, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı rəsmlər və əl işləri nümayiş etdirilib.

MDU-nun rektoru Şahin Bayramov və şəhid ailələri üzvləri sərgiyə baxış keçirib, tələbələrin hazırladıqları işlərdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir