Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri İstanbuldakı terroru müzakirə ediblər

Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri İstanbuldakı terroru müzakirə ediblər

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı baş tutub.

İNFONEWS xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü, polkovnik Deyv Batler bildirib.

“ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bu gün İstanbulda baş verən son terror aktını Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ​​ilə müzakirə edib və ikitərəfli hərbi əlaqələrimizin möhkəmliyini bir daha təsdiqləyib”-deyə, o bildirib.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir