“İNFONEWS” xəbər verir ki, bir neçə gün öncənin hava proqnozları özünü doğruldub. Hər mövsümü bir başqa gözəl olan İsmayıllıya bu gün qar yağıb.
Yağan qar avtomobil yollarında nəqliyyatın hərəkətini çətinləşdirib.
4-5 dərəcə şaxta müşahidə olunan İsmayıllıda gecə saatlarından yollara qum-duz səpilib.
Rayonun mərkəzi yollarının kənarlarında 30-35 sm-ə qədər qar var.
Sosial şəbəkədə paylaşılan həmin görüntüləri təqdim edirik: