Vergi orqanlarında işləmək istəyələrin tеst imtаhаnının nəticələri elan edilib

Vergi orqanlarında işləmək istəyələrin tеst imtаhаnının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 20-də Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

“İNFONEWS” xəbər verir ki, imtahan nəticələri bu gün saat 14:40-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2504 namizəddən 45-i imtahana gəlməyib. 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Xatırladaq ki, imtahanda namizədlərə seçdikləri istiqamət üzrə 100 test tapşırığı (95 qapalı tipli və 5 açıq tipli) təqdim olunub. Hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası noyabrın 22-24-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir