Hava proqnozu: “Şuşamızın qışı da ilıq nəfəslidir” -3 dekabr

Hava proqnozu: “Şuşamızın qışı da ilıq nəfəslidir” -3 dekabr

Azərbaycanda dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

“İNFONEWS” “Şuşa ili” çərçivəsində hava proqnozunu Əzizə Əlizadənin foto reportajı ilə təqdim edir:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 4-7° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 777 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 6-9° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir