“Şuşa ABŞ və Böyük Britaniya mətbuatında” – YENİ KİTAB VAR
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında” kitabı nəşr olunub.
“İNFONEWS” xəbər verir ki, kitabda Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən seçilmiş materiallar, onların tərcümə və şərhləri toplanıb. Əsərdə Şuşada keçirilən məhərrəmlik mərasimindən, 1905-1906-cı illərdə ermənilərin türk-müsəlman əhalisinə qarşı Şuşada törətdiyi soyqırımlardan, aclıq çəkən əhaliyə göndərilən humanitar yardımları əngəlləmək üçün onların törətdikləri vəhşiliklərdən, çar Rusiyasının Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımlardan bəhs olunur.
Layihə rəhbəri və “Ön söz”ün müəllifi professor Kərim Tahirov, tərcümə və şərhlərin müəllifləri tarixçi-alimlər Elnur Nəciyev və Ədibə İsmayılova, nəşrin redaktoru isə Günay Nəciyevadır.