Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri “ASAN xidmət”də olub

Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri “ASAN xidmət”də olub

Dünya Biznes Mələkləri İnvestisiya Forumunun Bakıda regional ofisinin yaradılması təklif olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dünya Biznes Mələkləri İnvestisiya Forumunun sədri Baybars Altuntaş ilə görüşüb.

“İNFONEWS” – un Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumatına görə, Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Müvafiq sahələr üzrə Dünya Biznes Mələkləri İnvestisiya Forumu ilə Dövlət Agentliyi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi və innovasiya ekosisteminə dəstək sahəsində Dövlət Agentliyi tərəfindən görülən işləri yüksək qiymətləndirən Baybars Altuntaş Forumun ölkəmizdə regional ofisinin açılmasını təklif edib.

Sonra qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir