Müdafiə Nazirliyi: “Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək”
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.
İNFONEWS-un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə həyata keçirilir.
“Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək”, – A.Eyvazov bildirib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır