“Teatr direktorları sanki özlərinə ayrı respublika yaradıb…” Aqil Abbas

“Teatr direktorları sanki özlərinə ayrı respublika yaradıb…” Aqil Abbas

Milli Məclisin deputatı Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına öz etirazını bildirib.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, Millət vəkili bu fikrini parlamentin bugünki plenar iclasında söyləyərək, sənətkarın yaşının olmadığını deyib.

“Sənətkar yaradıcı adamdır. Həmçinin aktyor da yaradıcı adamdır. Ən gözəl rollar ən yaxşı vaxtlarda oynanılır. Bu gün ölkədə fəaliyyət göstərən bir çox teatr direktorları sanki özlərinə ayrı respublika yaradıb və orada özlərini prezident kimi hiss edirlər. Mədəniyyət Nazirliyi buna mütləq şəkildə əncam çəkməlidir. Aktyor Tariyel Qasımov və başqaları yaşla əlaqədar işdən çıxarılıb. Axı həmin insan 260 manatlıq təqaüdlə necə yaşasın? Onların yaşına uyğun rollar var. Aktyora, sənət adamına bu dərəcədə münasibət bəsləmək düzgün deyil”, – deyə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir