“Partiyalar sadəcə mənfəət vergisindən deyil, ƏDV-dən azad olunmalıdır” Millət vəkili
“Bu sənədin qəbulu islahatların inkluzivliyini genişləndirməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək. Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir”.
“İNFONEWS” xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında “Siyasi Partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vüqar Bayramov söyləyib.
Vüqar Bayramov qanun layihəsinin təkmilləşdirilməsi üçün bir sıra təkliflər ilə çıxış edib. O partiyaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını təklif edib.
Deputat eyni zamanda seçkilərdə eitbarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürələcək vəsaitin artırılmasını təklif edib.
O bildirib ki, 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər: “Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”.