“Shuttle Time Azerbaijan 2022” layihəsi Şamaxıda davam edir
Şamaxıda “Shuttle Time Azerbaijan 2022” layihəsi icra olunub.
“İNFONEWS” – un Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən əldə etdiyi məlumatına görə, layihədə Şamaxıda təhsil alan 80 məktəbli iştirak edib.
Onlar əvvəlcə badminton haqqında nəzəri biliklər əldə ediblər. Daha sonra əyləncəli badminton məşğələləri ilə yeni bacarıqlar qazanıblar.
Sonda fəal iştirakçılara badminton ləvazimatları hədiyyə olunub.
Qeyd edək ki, layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi ilə icra olunur.
Bu günədək Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncə, Naxçıvan, Şamaxıda həyata keçirilən layihə Tovuz və Sabirabad rayonlarında davam edəcək.