“”British Fashion Council Awards” Bella Hadidi “İlin modeli” elan etdi
Məşhur model Bella Hadid “British Fashion Council Awards” tərəfindən “İlin modeli” adına layiq görülüb.
“İNFONEWS” xarici KİV – ə istinadən xəbər verir ki, ulduz xanım bu mükafatı canlı olaraq ala bilməyib. Hadid tədbirə idman kostyumunda evindəki divanda əyləşib, onlayn qatılıb. Tədbir iştirakçılarına videomüraciət vasitəsi ilə minnətdarlığını bildirib.
Qeyd etmək lazımdır ki, Bella Hadid bundan öncə də “GQ” jurnalı (Amerika nəşriyyatı) tərəfindən “Dünyanın ən şık məşhuru” adını alıb. Jurnalistlərin fikrincə, o, bunu qadın obrazlarında kişi geyimlərindən düzgün istifadə etmək bacarığı sayəsində əldə edib.