Perunun birinci vitse-prezidentinin andiçmə mərasimi olub
Pedro Kastilyonun həbsindən sonra Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı kimi and içib.
“İNFONEWS” xarici KİV-lərə istinadla xəbər verir ki, tədbir parlamentin sosial şəbəkələrdəki səhifəsində yayımlanıb. Birinci vitse-prezident çıxışında qeyd edib ki, o, Kastillonun konqresi buraxmaq qərarını pisləyir, çünki bu, konstitusiya quruluşuna ziddir.
Dina Boluarte Peru konstitusiyasına uyğun olaraq üzərinə götürdüyü prezident vəzifəsini 2026-cı il iyulun 26-dək vicdanla yerinə yetirəcəyinə söz verib.
Bundan əlavə, yeni prezident bütün siyasi qüvvələri dialoqa çağırıb.
Qeyd edək ki, bundan əvvəl ölkə parlamenti daha əvvəl parlamentin buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu bildirən Pedro Kastilyonun istefasına səs verib. Daha sonra hakimiyyətdən uzaqlaşdırılan prezident saxlanılıb. Onun barəsində prokurorluğun araşdırma apardığı bildirilir.