“France-24″ telekanalı separatizmin təbliğinə təkan verir – Leyla Abdullayeva

“France-24″ telekanalı separatizmin təbliğinə təkan verir – Leyla Abdullayeva

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France-24” telekanalının Qarabağdakı erməni separatçılarının “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib.

“İNFONEWS” xəbər verir ki, səfir Tviterdə yazıb: “Dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France-24″ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir. Bu, eyni zamanda, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir