Təhsil Nazirliyi koronavirus pandemiyası zamanı ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı brifinq keçirir.
“INFONEWS”un verdiyi məlumata görə, tədbirdə təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu iştirak edir.