Salyan, Neftçala, Biləsuvar, Masallı və Cəlilabad rayonlarının qaz təchizatında məhdudiyyət yarana bilər
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir və kəmərin yeni çəkilmiş hissələrinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar, 12.12.2022 -ci il tarixində təmir işlərinə hazırlıqla bağlı Salyan və Neftçala rayonlarının bir hissəsində qaz təchizatında məhdudiyyətin yaranması ehtimalı var.
Bu barədə “İNFONEWS”-a Azəriqaz İB-dən məlumat verilib.
13-15.12.2022-ci il tarixlərində (3 gün müddətində) təmir işləri aparılan müddətdə Neftçala, Biləsuvar rayonlarının tam olaraq, Cəlilabad və Salyan rayonlərının isə bir hissəsinin, həmçinin 16.12.2022-ci il tarixində (1 gün müddətində) Cəlilabad və Masallı rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.