Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlarında da davam edir
Qaranlıq və şaxtalı havaya baxmayaraq, qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlında da davam edir.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı dağlarda əks-səda doğurur.
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir ki, etirazçılara Qarabağın şəhər və kəndlərində müxtəlif bərpa-quruculuq layihələrində çalışan çoxlu sayda Türkiyə vətəndaşı da qoşulub. Aksiyanın keçirildiyi ərazidə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ölməz kəlamı səsləndirilib.