Laçın-Şuşa yolunda ekoloqların etiraz aksiyasına qatılanların sayı getdikcə çoxalır

Laçın-Şuşa yolunda ekoloqların etiraz aksiyasına qatılanların sayı getdikcə çoxalır

 

 

 

 

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir.

Aksiya dinc şəkildə keçir, hər hansı asayiş pozuntusu baş verməyib.

Ziyadxan Həsənov, AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir