Müdafiə nazirinə 36 yaşlı yeni müavin təyin edilib

Müdafiə nazirinə 36 yaşlı yeni müavin təyin edilib

Qurbanov Aqil Səlim oğlu Müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Bu barədə “İNFONEWS”-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Ölkə mediasında yayılan məlumatlara görə, Aqil Qurbanov 15 avqust 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) təhsil alıb. Aqil Qurbanov Londonda təhsil aldığı müddətdə “Azerfon” (“NarMobile”) şirkətində və “Paşa Holdinq”də çalışıb. 2015-2019-cu illərdə “Paşa Holdinq”də investisiyalar üzrə mütəxəssis olub. 2019-cu ilin may ayında “Paşa İnvestments” şirkətində direktor olub. Həmin ilin noyabr ayında “Sumqayıt Texnologiyalar Parkı”ın Müşahidə Şurasının sədri təyin edilib.

O, həmçinin Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.

Qurbanov Aqil Səlim oğlu
Qurbanov Aqil Səlim oğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir