Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə nəticələri elan olunub

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə nəticələri elan olunub

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələri elan olunub.

Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər müvafiq linkə keçid edərək müsahibə nəticələri və reytinqləri ilə tanış ola bilərlər.

Növbəti mərhələdə namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun yerləşdirilməsi aparılacaq. 

Qeyd edək ki, müsahibə nəticələrinə əsasən minimum tələb 30 bal müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir