“İNFONEWS” xəbər verir.
Bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir. Əgər biz həmin sistemə keçsək, bu, o, deməkdir ki, rəqabət şəraitindən imtina edirik.
Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 56-sı dövlət hesabına təhsil alır.
Nazir əlavə edib ki, hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur. Amma təhsil haqqı problemi olan tələbələrimiz də var”.
E.Əmrullayev qeyd edib ki, ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır. Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional təhsil müəssisələrində bu məbləğ daha aşağıdır.