Türkiyə Azərbaycanda yeni tipli kitabxanalar tikə bilər

Türkiyə Azərbaycanda yeni tipli kitabxanalar tikə bilər

Türkiyə tərəfi yeni tipli kitabxanaların tikilməsi istiqamətində Azərbaycana təkliflər təqdim edə bilər.

 

INFONEWS  xəbər verir ki, bu təkliflə Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransında çıxışı zamanı Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxış edib.

O, hazırda Türkiyədə tikilməkdə olan kitabxanalardan danışıb: “Hazırda bizdə 21 yeni kitabxana tililir. Bu kitabxanalar həcminə görə dəyişir, amma demək olar ki, hər birində ayrıca “oxu zalı”, “uşaqlar üçün kitabxana guşəsi”, “böyüklər üçün kitabxana guşəsi” kimi hissələr var. Əgər Azərbaycan tərəfi istəyərsə, biz bu təcrübəni onlarla da bölüşə bilərik”.

 

Rəvanə Dadaşova 

Fariz Faiqoğlu

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir