Sosial sahibkarlıqla maraqlanan gənclər üçün fürsət: Hult Prize yarışı

Sosial sahibkarlıqla maraqlanan gənclər üçün fürsət: Hult Prize yarışı

Hult Prize bütün dünyada gəncləri sosial sahibkarlıq vasitəsilə planetin ən aktual problemlərini həll etməyə çağırır.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Yarış bir neçə mərhələdən ibarətdir və ən son mərhələdə qalib olan 1 milyon ABŞ dolları qazanmaq imkanı əldə edəcək.Hult Prize yarışının ilk mərhələsi OnCampusdur. Universitet daxilində ən yaxşı ideyaya sahibi olan qalib olduqdan sonra, digər mərhələlər üçün xarici ölkələrə göndərilir. Hər il bir mövzu üzərindən yarış keçirilir.

Yarışma haqqında ətraflı öyrənmək istəyirsinizsə, sizi infosessiyamıza dəvət edirik!

QEYDIYYAT

İnfosessiya 23 dekabr, saat 13:00-14:00-dək keçiriləcək.
Ünvan: UNEC, Əsas tədris binası, otaq 305
Əlaqə:  0709910908
Instagram –  @hultprize_unec

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir