“İNFONEWS” xəbər verir.
Brüsseldə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə Çavuşoğlu “Twitter”də bildirib:
İttifaq daxilində birlik və həmrəyliyi daha da gücləndirməliyik. Ölkəmiz qurumda kritik və öncül rol oynayır. Əfqanıstan və İraqdakı NATO missiyalarını dəstəkləməyə davam edəcəyik.