Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırıldı
Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bu gün “A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında” Sərəmcam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilsin.
2. Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2022-ci il