Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İNFONEWS“un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Vahabova Əsmə Cəlal qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.